Bəşər sivilizasiyasının mərkəzlərindən biri olan Azərbaycan qədim və zəngin tarixə malikdir. Ulu əcdadlarımız bizə bu gün hər birimizin fəxr etdiyimiz böyük mədəni irs xəzinəsi yadigar qoymuşdur. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu öndər Heydər Əliyev demişdir: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. […]
Day: Fevral 25, 2022
Nizami Gəncəvi -mədəniyyətlər arasında körpü
XII əsrin ortalarında, Azərbaycanda Ərəb xilafətinin yerinə Səlcuq türklərinin gəlişindən təqribən yüz il sonra böyük şair və mütəfəkkir, epik dastan yaradıcılığında yeni üslubun banisi kimi dünya şöhrəti qazanan, Şərq və dünya intibahının görkəmli nümayəndəsi Nizami Gəncəvi yaşayıb-yaratmışdır. Nizami dövründə Səlcuq türklərinin gəlişindən sonra ərəb dili öz hakim mövqeyini itirməyə […]
Tarixin sirdaşı – Qobustan abidələri
Dünyada təkrarolunmaz qayaüstü incəsənət landşaftı və qayaüstü incəsənətlə bağlı arxeoloji irsi ilə tanınan Qobustan zəngin qayaüstü təsvirlərə malik olmaqla təkcə ölkəmizin deyil, həm də dünyanın çox az sayda bu tipli abidələri sırasında xüsusi yer tutur. Buradakı Üst Paleolit dövrünün sonundan Orta əsrlərədək olan 15-20 minillik dövrü əhatə edən qayaüstü […]
“İçərişəhər” Muzey Mərkəzi
İçərişəhər qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli sərvətidir. Doğma vətənimizin hər qarışında, abidələrinin hər daşında xalqımızın canlı tarixi həkk olunmuşdur. Azərbaycan xalqının daş yaddaşı olan İçərişəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Sarayı Kompleksi 2000-ci ilin noyabr ayında UNESCO-nun Avstraliyanın Kerns şəhərində keçirilmiş XXIV […]
Azərbaycanın Mədəniyyət paytaxtı – Şuşa
Qarabağın döyünən ürəyi, musiqi və sənət beşiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa… Şuşa Azərbaycanın qədim tarixə malik şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Qədim Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. ikinci minilliyin II yarısı – birinci minilliyin əvvəlləri) aid olan bu şəhər ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. […]
Muzeymaniya
“Muzeymaniya” bölməsi muzeysevərlərə həsr olunub. Bu bölmədə onların muzeylər haqqında esseləri yer alacaq. “Qobustan” adlı ilk essenin müəllifi Azərbaycan Turizm Blogerləri Assosiasiyası İdarə Heyətinin üzvü, səyyah və fotoqraf İradə Qədirovadır. QOBUSTAN Yerlər var ki, sadəcə, yerdir. Yerlər var ki, sadəcə, muzeydir. Qobustan isə xüsusi bir məkan, fərqli bir dünyadır. Qobustanla […]
“Arxeoloq olduğuma görə iftixar hissi keçirirəm.”
Bu bölmə Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə töhfələr vermiş elm adamlarına və ziyalılara həsr olunur. Bölmənin ilk müsahibi Qobustan abidələrinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Füruzə Muradovadır. – Füruzə xanım, siz Azərbaycanın ilk qadın arxeoloqlarından birisiniz. Seçdiyiniz elm sahəsi sizə çətin olmadı ki? […]
Aeroqrafiya
Aeroqrafiya nədir? Aeroqrafiyanı araşdıranda bu sənətin kökünün Paleolit dövrünə qədər gedib çıxdığını görürük. Qədim dövrdə bu rəsmlərin çəkilməsində belə bir texnikadan istifadə olunurdu – əli (çəkiləcək hər hansı bir şeyi) nəzərdə tutulan yerə (qaya və ya hər hansı bir müstəviyə) qoyaraq içi boş bir sümük və ya bitki gövdəsinə boya […]
Şəki Xan Sarayında çəkilmiş kinofilmlər
Şəki… Yamyaşıl dağların əhatəsində bir-biri ilə yarışa girən qırmızı kirəmitli damların arasından uca minarələrin boylandığı bu qədim şəhər özünəməxsus memarlıq üslubuna malikdir. Bu memarlıq üslubunun formalaşmasında, təbii ki, relyefin, təbiətin və iqlimin böyük rolu olub. Qışı qarlı-şaxtalı keçən Şəkinin iqlimi insanları sərt enişli kirəmit damlar inşa etməyə məcbur edib. Şəki […]
“ Yaşıl rəngi həyatımda sonsuz işığa bənzədir və ona doğru gedirəm…”
Müsahibimiz gənc rəssam Ceyhun Ənvərzadədir. – Ceyhun, müəyyən qədər tanınsan da, çoxsaylı müsahibələrin olsa da, istərdim yeni dərgimizin oxucuları da səni tanısın. – Ceyhun Ənvərzadə. 28 yaşım var. Bakıda doğulmuşam, burada da yaşayıram. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində Əzim Əzimzadə adına Rəssamlıq Kollecinin məzunuyam. Hazırda fərdi yaradıcılıqla məşğul oluram. – […]