Müsahibimiz Azərbaycanın ilk eşitməyən və danışa bilməyən modeli kimi tanınan Xaliq Məhəmmədzadədir. Müsahibə üçün Xaliqlə bağlı araşdırmalarımız zamanı onun model fəaliyyəti ilə yanaşı, rəssamlıq, aktyorluq və illüziya sənəti ilə də məşğul olduğunun şahidi olduq Qeyd edək ki, Xaliqin müsahibələri anası Xədicə xanımın yardımı və dəstəyi ilə reallaşır. – İstədim, səninlə […]
Month: Dekabr 2022
“Türk dünyasının turizm paytaxtı” – Şamaxı
“Gəzək qarış-qarış Azərbaycanı” adlı yeni rubrika vətənimizin bölgələrinin mədəni potensialının təbliğinə xidmət edir. Rubrikanın ilk yazısı Azərbaycanın ən qədim elm və mədəniyyət mərkəzlərindən biri, 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilmiş Şamaxıya həsr olunub. Azərbaycanda şəhərsalma mədəniyyətinin ən qədim mərkəzlərindən olan Şamaxı şəhəri qədim Albaniya dövlətinin böyük yaşayış məskənlərindən […]
Lənkəranın mətbəx mədəniyyəti haqqında
Şahin ŞAHBAZOV Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Azərbaycanın mətbəx mədəniyyəti baxımından özünəməxsusluğu və zənginliyi ilə seçilən rayonlarından biri də Lənkərandır. Ərazinin coğrafiyası, tarixi mərkəz rolu oynaması Lənkəran mətbəxinin formalaşmasında müstəsna rol oynayıb. Seyid Cəmaləddin xanın (Qara xan) hakimiyyəti dövründə (1747-1786), 1747-ci ildə xanlığın paytaxtı Astaradan Lənkərana köçürülmüş və şəhərdə geniş abadlıq işləri […]
Zərgərlik- Azərbaycanın ilk milli zərgərlik brendi olan “Resm”in yaradıcısı Rəsminə Qürbətova ilə müsahibə
Dekorativ-tətbiqi sənətin ən qədim növlərindən biri də zərgərlikdir. Keçmişdə hesab edirdilər ki, zərgərlik məmulatları sehrli, özünəməxsus, rəmzi mənaya malikdir. Bu zinət əşyaları, eyni zamanda sahibinin cəmiyyətdəki mövqeyini bildirirdi. Şumer sənətkarları qədim dünyanın ən mahir zərgərləri idilər. Hazırladıqları məmulatlara üç rəngin uyğunluğunu tətbiq edirdilər: göy rəng lacivərd daşından, qırmızı rəng qırmızı […]
Ömər Eldarov: “Zaman məndə rəngarəngdir…”
“Estafet” rubrikasının qonağı Xalq rəssamı, heykəltəraş, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarovdur. – Ömər müəllim, heykəl deyəndə ilk ağlıma gələn şey daş olur, gözümdə həmin an nəhəng, parçalanmaz daş canlanır. Bir sözlə, bilmək istəyirəm, daşı ram edirsiniz, ya daş özü sizə tabe […]
Mütəxəssis məsləhəti. Ali dərəcəli bərpaçı-rəssam, Azərbaycan Respublikasının Əməkdar rəssamı Natiq Səfərovla müsahibə
Rubrikamızın qonağı ali dərəcəli bərpaçı-rəssam, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi-bərpa şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Natiq Səfərovdur. – Natiq müəllim, əvvəlcə Azərbaycanda bərpaçı-rəssam sənətinin təşəkkülündən danışaq… – Azərbaycanda bərpaçılıq sənəti Fərhad Hacıyevin adı ilə bağlıdır. Fərhad İbrahim oğlu Hacıyev 1929-cu ildə Şamaxı şəhərində anadan olub. Kiçik yaşlarından sənətə maraq […]
Yeddi Gözəl
Qarabağın məşhur “Çələbi” xalçası 2020-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına hədiyyə olunmuşdur.XVIII əsrin sonu – XIX əsrin əvvəllərinə aid xalçanın ara sahəsi tək göl kompozisiyasına malik olub, tünd sumağı yerliyində on altı ləçəkli, girintili-çıxıntılı iri göl təsviri və ətrafında müxtəlif mənalar daşıyan doldurucu […]