Qobustan Milli Tarix-Bədii Qoruğunun təsis etdiyi “Qobustan dünyası”elmi- metodiki, populyar jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mətbu nəşrlərin reyestrinə 4340 nömrəsi ilə daxil edilmişdir.
Jurnalın məqsədi Azərbaycanın qədim və zəngin mədəni irsininin təbliği, mədəniyyət və incəsənət sahələri üzrə mütəxəssislərin və yaradıcı şəxslərin bilik və təcrübəsinin ictimaiyyətlə paylaşılmasıdır. Jurnal ildə iki dəfə nəşr olunacaq. Jurnalda Azərbaycan mədəniyyətinin və incəsənətinin müxtəlif sahələrindən bəhs edən “İrs”, “Estafet”, “Yaradıcılıq əngəl tanımır”,”Multikultural və tolerant Azərbaycan”, “İncə sənətlər”, “Mədəniyyət xeyriyyəçiləri”, “İlham mənbəyim Vətən”, “Yeddi gözəl”,”Mütəxəssis məsləhəti”, “Ziyalı Sözü”, “Muzeymaniya” və s kimi bölmələr yer alacaq.