Qarabağın döyünən ürəyi, musiqi və sənət beşiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa… Şuşa Azərbaycanın qədim tarixə malik şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Qədim Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. ikinci minilliyin II yarısı – birinci minilliyin əvvəlləri) aid olan bu şəhər ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. […]