Atəşgah məbədi Abşeron yarımadasında, Bakı şəhərindən otuz kilometr aralıda, Suraxanı rayonunda yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. Azərbaycanın tarix-memarlıq abidəsi olan və ölkəmizin adını təcəssüm etdirən Atəşgah od məbədinin tarixi kökləri erkən dövrlərə aid edilir. Bizim eranın əvvəllərindən etibarən Azərbaycan daim yanan, […]
Category: “Miras”
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi və landşaftın qorunması və bərpası məqsədi ilə Azərbaycan SSR Nazirlər Sovetinin “Qədim Gəncə ərazisinin Tarix–Mədəniyyət Qoruğu elan edilməsi haqqında” 18 aprel 1988-ci il tarixli 136 №-li qərarına əsasən elmi–tədqiqat müəssisisəsi kimi təşkil olunub. Qoruq ərazisində yerləşən hər bir tarix və […]
Tarixin sirdaşı – Qobustan abidələri
Dünyada təkrarolunmaz qayaüstü incəsənət landşaftı və qayaüstü incəsənətlə bağlı arxeoloji irsi ilə tanınan Qobustan zəngin qayaüstü təsvirlərə malik olmaqla təkcə ölkəmizin deyil, həm də dünyanın çox az sayda bu tipli abidələri sırasında xüsusi yer tutur. Buradakı Üst Paleolit dövrünün sonundan Orta əsrlərədək olan 15-20 minillik dövrü əhatə edən qayaüstü […]
“İçərişəhər” Muzey Mərkəzi
İçərişəhər qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli sərvətidir. Doğma vətənimizin hər qarışında, abidələrinin hər daşında xalqımızın canlı tarixi həkk olunmuşdur. Azərbaycan xalqının daş yaddaşı olan İçərişəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Sarayı Kompleksi 2000-ci ilin noyabr ayında UNESCO-nun Avstraliyanın Kerns şəhərində keçirilmiş XXIV […]
“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu
Çıraqqala tarixi kompleksi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2003-cü il 23 iyun tarixli 1262 nömrəli Sərəncamına əsasən, Şabran şəhəri tarix və mədəniyyət abidəsi isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli Sərəncamına əsasən tarixi qoruq elan edilmişdir. “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi Azərbaycan […]