Bu bölmə Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə töhfələr vermiş elm adamlarına və ziyalılara həsr olunur. Bölmənin ilk müsahibi Qobustan abidələrinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Füruzə Muradovadır. – Füruzə xanım, siz Azərbaycanın ilk qadın arxeoloqlarından birisiniz. Seçdiyiniz elm sahəsi sizə çətin olmadı ki? […]