Qarabağın döyünən ürəyi, musiqi və sənət beşiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa… Şuşa Azərbaycanın qədim tarixə malik şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Qədim Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. ikinci minilliyin II yarısı – birinci minilliyin əvvəlləri) aid olan bu şəhər ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. […]
Category: Məqalələr
Muzeymaniya
“Muzeymaniya” bölməsi muzeysevərlərə həsr olunub. Bu bölmədə onların muzeylər haqqında esseləri yer alacaq. “Qobustan” adlı ilk essenin müəllifi Azərbaycan Turizm Blogerləri Assosiasiyası İdarə Heyətinin üzvü, səyyah və fotoqraf İradə Qədirovadır. QOBUSTAN Yerlər var ki, sadəcə, yerdir. Yerlər var ki, sadəcə, muzeydir. Qobustan isə xüsusi bir məkan, fərqli bir dünyadır. Qobustanla […]
Şəki Xan Sarayında çəkilmiş kinofilmlər
Şəki… Yamyaşıl dağların əhatəsində bir-biri ilə yarışa girən qırmızı kirəmitli damların arasından uca minarələrin boylandığı bu qədim şəhər özünəməxsus memarlıq üslubuna malikdir. Bu memarlıq üslubunun formalaşmasında, təbii ki, relyefin, təbiətin və iqlimin böyük rolu olub. Qışı qarlı-şaxtalı keçən Şəkinin iqlimi insanları sərt enişli kirəmit damlar inşa etməyə məcbur edib. Şəki […]
Udilər
Udilər Azərbaycanın aborigen xalqı və Qafqazın ən qədim yerli etnoslarından biridir. Alban dövlətinin (eramızdan əvvəl III əsr – eramızın VII əsri) əsasını qoymuş 26 alban tayfasından biri olan udilərə elm dünyası ilk dəfə XIX əsrin əvvəllərində maraq göstərib. Həmin dövrdən etibarən udilərin antropologiyası, dili, dini, dil tarixi, etnoqrafiyası, tarixi, […]
“Azərbaycan Udi Ocağı” Tarixi-Etnoqrafik Park-Muzeyi
Azərbaycanda tarixən müxtəlif xalqların nümayəndələri mehriban, əmin-amanlıq şəraitində birgə yaşayıblar. Ölkəmizin tolerantlığı və multikulturalizmi dünyaya örnək göstərilir. Bu müxtəliflik həm də Azərbaycanın zənginliyidir. “Azərbaycan Udi Ocağı” Tarixi-Etnoqrafik Park-Muzeyi də bu mədəni zənginliyin maraqlı bir parçasıdır. Park-muzey Böyük Qafqazın cənub yamacında, Qəbələ rayonunun Nic kəndində yerləşir. Üç hektardan artıq ərazidə, açıq […]
Azərbaycan İstiqlal Muzeyinə bağışlanmış maddi mədəniyyət nümunələri
Azərbaycan Xalq Cümhuriyyəti zamanında yaradılmış (7 dekabr 1919) İstiqlal Muzeyinin mədəni varisi kimi fəaliyyətini davam etdirən Azərbaycan İstiqlal Muzeyinin yenidən bərpa olunmasının 2021-ci ildə 30 ili tamam olur. Dövlət müstəqilliyimizlə həmyaşıd olan muzeyimizdə 20 mindən artıq maddi mədəni sərvət qorunub saxlanılır. Tarix profilli Azərbaycan İstiqlal Muzeyi Azərbaycan xalqının mədəni-tarixi həyatındakı […]
“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu
Çıraqqala tarixi kompleksi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2003-cü il 23 iyun tarixli 1262 nömrəli Sərəncamına əsasən, Şabran şəhəri tarix və mədəniyyət abidəsi isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2003-cü il 27 sentyabr tarixli 1343 nömrəli Sərəncamına əsasən tarixi qoruq elan edilmişdir. “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi Azərbaycan […]