Alla BAYRAMOVA Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Bu il Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin yaradılmasının əlli beş ili tamam olur. Bu illər ərzində muzey mütəmadi olaraq musiqi tarixinə dair materiallar toplayıb. Muzeyin fondunda altmış mindən çox eksponat var. Bunlara milli musiqi […]
İlk azərbaycanlı dünya səyyahı Fərid Novruzi ilə müsahibə
Rubrikamızın qonağı dünya səyahətinə çıxmış ilk azərbaycanlı səyyah, alpinist, Azərbaycan Çimərlik Futbol Federasiyasının prezidenti Fərid Novruzidir. – Fərid müəllim, səyahət sizin üçün nədir? – Mən səyahətə ciddi və professional şəkildə 2010-cu ildən başlamışam. Bundan öncəki səyahətlərim isə daha çox işgüzar və istirahət xarakterli idi. Mənə görə, səyahət getdiyim yeri gəzmək, […]
Cahangir Novruzov: “Teatr dərdə dəvadır”
Müsahibimiz Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, rejissor, teatr və kino aktyoru, Türkiyə Respublikasının Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının Səhnə sənətləri kafedrasının professoru Cahangir Novruzovdur. – Cahangir müəllim, deyirlər, teatr xəstəlikdir. Nədir bu xəstəliyə səbəb? Nədədir teatrın, səhnənin sehri? – Əslində, teatr xəstəlik yox, xəstələrin şəfa tapacaqları məkan olmalıdır. […]
Atəşgah od məbədi
Atəşgah məbədi Abşeron yarımadasında, Bakı şəhərindən otuz kilometr aralıda, Suraxanı rayonunda yerləşən, müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmiş alov məbədidir. Azərbaycanın tarix-memarlıq abidəsi olan və ölkəmizin adını təcəssüm etdirən Atəşgah od məbədinin tarixi kökləri erkən dövrlərə aid edilir. Bizim eranın əvvəllərindən etibarən Azərbaycan daim yanan, […]
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu
Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi və landşaftın qorunması və bərpası məqsədi ilə Azərbaycan SSR Nazirlər Sovetinin “Qədim Gəncə ərazisinin Tarix–Mədəniyyət Qoruğu elan edilməsi haqqında” 18 aprel 1988-ci il tarixli 136 №-li qərarına əsasən elmi–tədqiqat müəssisisəsi kimi təşkil olunub. Qoruq ərazisində yerləşən hər bir tarix və […]
Ecazkar tarix yadigarımız – Qobustan
Sabir NƏZİROV Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi Ölkəmizin maddi-mədəniyyət abidələri xalqımızın qədim, zəngin tarixinin ən parlaq aynasıdır. Arxeoloji tədqiqatlar nəticəsində aşkar olunmuş qədim insan düşərgələri və artefaktlar Azərbaycan ərazisinin dünyanın qədim sivilizasiya beşiklərindən olduğunu sübut edir. Bu abidələr təkcə ölkəmizin yox, bütövlükdə bəşər tarixinin öyrənilməsində əvəzsiz töhfə kimi dəyərləndirilir. […]
Qobustanın pərvanələri
Qobustan abidələrinin ilk tədqiqatçılarından olan Cəfərqulu Namaz oğlu Rüstəmov 5 mart 1926-cı ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirən gənc C.Rüstəmov ilk elmi fəaliyyətinə Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyasında başlayıb. “Daş Salahlı”, “Damcılı” və “Azıx” mağaralarında Paleolit […]
Qobustan başlanğıcı və zirvəsi
İsa HƏBİBBƏYLİ AMEA-nın prezidenti, akademik Qobustan və Gəmiqaya vahid Azərbaycan qayaüstü mədəniyyətinin tərkib hissələri, möhtəşəm abidələridir. Qeyd etməyi lazım bilirəm ki, bu cür qayaüstü abidələr dünyanın bir çox yerində olsa da, Azərbaycanın Qobustanı və Gəmiqayası ərazisinə, qayaüstü rəsmlərin kəmiyyət və keyfiyyət göstəricilərinə görə fərqli üstünlüyə malikdir. Qobustan və Gəmiqaya dünya […]
Baş redaktordan
Dəyərli oxucular! “Qobustan dünyası” elmi-metodiki, populyar jurnalı böyük şərəf hissi ilə növbəti dəfə görüşünüzə gəlib. Jurnalımızın bu sayı Qobustan abidələrinin tədqiqatındakı əvəzsiz xidmətlərinə hörmət və ehtiram əlaməti kimi arxeoloqlar Cəfərqulu Rüstəmov və Füruzə Muradovaya ithaf olunub. İnanırıq ki, ötən sayımız kimi bu sayımız da geniş oxucu auditoriyası qazanacaq və sevimli […]
Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib
Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu haqda qərar TÜRKSOY-un Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul edilib.