Festivalda Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Hindistan Respublikasinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna, Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev, Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysəl […]
Qobustan Milli Tarix-Bədii Qoruğunda “Plov” festivalı keçiriləcək
Novruz bayramı adət-ənənlərinin təbliği və bayram ərəfəsində qoruğa gələn ziyarətçilərə Azərbaycan mətbəxinin şahı hesab edilən, eləcə də, bir sıra ölkələrin mətbəxində əhəmiyyətli yer tutan plovun müxtəlif növlərini tanıtdırmaq məqsədi ilə Qobustan Milli Tarix-Bədii Qoruğunda 21 mart 2022-ci il tarixində saat 11:00-da “Plov” festivalı keçiriləcək.Tədbir meydanında qurulan çadırlarda Azərbaycanın, həmçinin Hindistan, […]
Ön söz
Bəşər sivilizasiyasının mərkəzlərindən biri olan Azərbaycan qədim və zəngin tarixə malikdir. Ulu əcdadlarımız bizə bu gün hər birimizin fəxr etdiyimiz böyük mədəni irs xəzinəsi yadigar qoymuşdur. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən Ulu öndər Heydər Əliyev demişdir: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. […]
Nizami Gəncəvi -mədəniyyətlər arasında körpü
XII əsrin ortalarında, Azərbaycanda Ərəb xilafətinin yerinə Səlcuq türklərinin gəlişindən təqribən yüz il sonra böyük şair və mütəfəkkir, epik dastan yaradıcılığında yeni üslubun banisi kimi dünya şöhrəti qazanan, Şərq və dünya intibahının görkəmli nümayəndəsi Nizami Gəncəvi yaşayıb-yaratmışdır. Nizami dövründə Səlcuq türklərinin gəlişindən sonra ərəb dili öz hakim mövqeyini itirməyə […]
Tarixin sirdaşı – Qobustan abidələri
Dünyada təkrarolunmaz qayaüstü incəsənət landşaftı və qayaüstü incəsənətlə bağlı arxeoloji irsi ilə tanınan Qobustan zəngin qayaüstü təsvirlərə malik olmaqla təkcə ölkəmizin deyil, həm də dünyanın çox az sayda bu tipli abidələri sırasında xüsusi yer tutur. Buradakı Üst Paleolit dövrünün sonundan Orta əsrlərədək olan 15-20 minillik dövrü əhatə edən qayaüstü […]
“İçərişəhər” Muzey Mərkəzi
İçərişəhər qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının milli sərvətidir. Doğma vətənimizin hər qarışında, abidələrinin hər daşında xalqımızın canlı tarixi həkk olunmuşdur. Azərbaycan xalqının daş yaddaşı olan İçərişəhər və onun ərazisindəki Qız qalası, Qala divarları, Şirvanşahlar Sarayı Kompleksi 2000-ci ilin noyabr ayında UNESCO-nun Avstraliyanın Kerns şəhərində keçirilmiş XXIV […]
Azərbaycanın Mədəniyyət paytaxtı – Şuşa
Qarabağın döyünən ürəyi, musiqi və sənət beşiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa… Şuşa Azərbaycanın qədim tarixə malik şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Qədim Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. ikinci minilliyin II yarısı – birinci minilliyin əvvəlləri) aid olan bu şəhər ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib. […]
Muzeymaniya
“Muzeymaniya” bölməsi muzeysevərlərə həsr olunub. Bu bölmədə onların muzeylər haqqında esseləri yer alacaq. “Qobustan” adlı ilk essenin müəllifi Azərbaycan Turizm Blogerləri Assosiasiyası İdarə Heyətinin üzvü, səyyah və fotoqraf İradə Qədirovadır. QOBUSTAN Yerlər var ki, sadəcə, yerdir. Yerlər var ki, sadəcə, muzeydir. Qobustan isə xüsusi bir məkan, fərqli bir dünyadır. Qobustanla […]
“Arxeoloq olduğuma görə iftixar hissi keçirirəm.”
Bu bölmə Azərbaycan tarixinə, mədəniyyətinə, incəsənətinə töhfələr vermiş elm adamlarına və ziyalılara həsr olunur. Bölmənin ilk müsahibi Qobustan abidələrinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Füruzə Muradovadır. – Füruzə xanım, siz Azərbaycanın ilk qadın arxeoloqlarından birisiniz. Seçdiyiniz elm sahəsi sizə çətin olmadı ki? […]
Aeroqrafiya
Aeroqrafiya nədir? Aeroqrafiyanı araşdıranda bu sənətin kökünün Paleolit dövrünə qədər gedib çıxdığını görürük. Qədim dövrdə bu rəsmlərin çəkilməsində belə bir texnikadan istifadə olunurdu – əli (çəkiləcək hər hansı bir şeyi) nəzərdə tutulan yerə (qaya və ya hər hansı bir müstəviyə) qoyaraq içi boş bir sümük və ya bitki gövdəsinə boya […]